Tez-tez verilən suallar
Katarakta gözün büllurunun şəffaflığını itirməsidir, el arasında “mirvari suyu” adlanır. Dərmanla müalicə olunmur, yeganə yol cərrahiyyədir. Əməliyyatda bulanmış büllur süni linza ilə əvəz olunur. Müdaxilə ağrısızdır və 15–20 dəqiqə çəkir.
Diabetik retinopatiya şəkərli diabetdə torlu qişa damarlarının zədələnməsidir. Diabetli hər kəs ildə ən azı bir dəfə gen bəbəklə göz dibi müayinəsindən keçməlidir. Retinopatiya başlamışsa, müayinə hər altı aydan bir aparılmalıdır.
Qlaukoma gözdaxili təzyiqin artması ilə görmə sinirinin zədələndiyi xəstəlikdir. El arasında “qara su” adlanır. Müalicə dərman, lazer və cərrahi mərhələlərdən ibarətdir. Erkən aşkarlanma görmənin qorunması üçün həlledicidir.
Torlu qişanın qopması gözün işıq qəbul edən təbəqəsinin ayrılmasıdır. Bu, təcili haldır. Göz qabağında işıq çaxmaları, uçuşmalar və ya pərdə hissi yaranarsa, dərhal oftalmoloqa müraciət edin.
Keratokonus buynuz qişanın incəlib qabarmasıdır və görmə pozğunluğuna səbəb olur. Mərhələdən asılı olaraq sərt kontakt linza, korneal cross-linking (CCL), keraring və ya keratoplastika tətbiq edilir.
Uşağın gözü bir yaşında, məktəbə başlamazdan əvvəl və məktəb dövründə müntəzəm yoxlanmalıdır. Gözünü qıymaq, çəplik, tez-tez qaşımaq və ya əşyaları gözünə yaxın tutmaq əlamətləri varsa, uşaq göz həkiminə müraciət edin.
Gözün açıq yaralanması görmə itkisinə yol aça bilər. Belə hallarda ilk 24 saat ərzində oftalmoloqa müraciət vacibdir. Kimyəvi yanıqda göz dərhal təmiz su və ya fizioloji məhlulla yuyulmalıdır.
Qəbula yazılmaq üçün +994 70 380 44 50 nömrəsinə zəng edin. Klinika Gəncə şəhəri, Pərviz Səmədov küçəsi 62 ünvanında yerləşir.